Rusiya XİN ABŞ-a xəbərdarlıq edib

Rusiya XİN ABŞ-a xəbərdarlıq edib ABŞ Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək üçün Ukraynaya silah verməyi dayandırmalıdır”.
Digər ölkələr
580
22 Mart , 2022 11:04
Rusiya XİN ABŞ-a xəbərdarlıq edib

“ABŞ Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək üçün Ukraynaya silah verməyi dayandırmalıdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.

“Vaşinqton eskalasiyanı dayandırmalıdır. ABŞ bizə qarşı təhdidlər yaratmağa son qoymalıdır”, - o bildirib.

S.Ryabkov, həmçinin vurğulayıb ki, ABŞ-Rusiya münasibətləri pozulmağa yaxındır: “Əlaqələrimizin gələcək inkişafı isə Vaşinqtonun xarici siyasətində seçəcəyi xətdən asılıdır. Hələlik münasibətlərimiz pisləşən tendensiya ilə inkişaf edir. Bunun səbəbkarı isə ABŞ-dır”.

Son xəbərlər

Orphus sistemi