​Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında telefon danışığı olub

​Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında telefon danışığı olub Sergey Lavrov Ukrayna hökuməti ilə separatçılar arasında birbaşa dialoqun vacibliyini qeyd edib
Digər ölkələr
18 Fevral , 2015 20:20
​Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında telefon danışığı olub

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, S.Lavrov söhbət əsnasında rəsmi Kiyevlə Donetsk və Luqansk separatçıları arasında birbaşa dialoqun və tezliklə Debaltsevo rayonunda döyüşlərin dayandırılmasının vacibliyini qeyd edib.

Rusiya XİN-in yaydığı məlumata görə, telefon danışığı zamanı Ukrayna böhranının fevralın 12-də "Normand dördlüyü"nün razılaşdırdığı "Minsk razılaşmasının yerinə yetirilməsinə dair kompleks tədbirlər" çərçivəsində nizamlanması məsələsinə toxunulub.  

Son xəbərlər

Orphus sistemi