Yuxarı

Rusiya XİN: ABŞ-ın Suriyada əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq

Vaşinqton uzun müddət Suriyada terrorçuların mövcudluğunu prinsipcə inkar edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Vaşinqtonun Suriyada terrorçularla mübarizə məsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi yaraqlılar üçün yaxşı hədiyyə olacaq.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, "əgər Vaşinqtondan qarşılıqlı fəaliyyətin dayandırılmasına dair səsləndirilən təhdidlər rəsmi qərara çevrilərsə, o zaman artıq şübhə qalmayacaq – Ağ Ev yaraqlıları öz qanadları altına aldı və terrorçuların küçəsində böyük bayram şənliydir".

XİN rəsmisi ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauerin "Suriya və Rusiya qüvvələrinin fəaliyyətinin İŞİD və "Nüsra cəbhəsi" terror qruplaşmaları üçün "hədiyyədir" sözlərini belə şərh edib.

Zaxarova qeyd edib ki, Vaşinqton uzun müddət Suriyada terrorçuların mövcudluğunu prinsipcə inkar edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi