Rusiya və Səudiyyə Ərəbistanının dövlət başçıları Suriya və Yəməndəki vəziyyəti müzakirə edib

Rusiya və Səudiyyə Ərəbistanının dövlət başçıları Suriya və Yəməndəki vəziyyəti müzakirə edib Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdüləziz əl-Səud arasında telefon danışığı olub.
Digər ölkələr
21 Dekabr , 2017 19:17
Rusiya və Səudiyyə Ərəbistanının dövlət başçıları Suriya və Yəməndəki vəziyyəti müzakirə edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdüləziz əl-Səud arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Söhbət əsnasında Yəməndəki vəziyyət də daxil olmaqla Yaxın Şərqlə bağlı ən aktual məsələlərə toxunulub.

Tərəflər həmçinin Suriyadakı vəziyyəti müzakirə edərək siyasi həll yolu ilə bağlı səylərin artırılmasının vacib olduğunu vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi