Rusiya və Qətər XİN başçıları futbolu müzakirə edəcək

Rusiya və Qətər XİN başçıları futbolu müzakirə edəcək Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə görüşəcək.
Digər ölkələr
276
23 Dekabr , 2020 06:36
Rusiya və Qətər XİN başçıları futbolu müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə görüşəcək.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Nazirlər ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq məsələlərini, Yaxın Şərq və Şimali Afrikadakı böhranların həllini, Fars Körfəzi bölgəsindəki təhlükəsizlik problemlərini müzakirə edəcəklər.

Sergey Lavrov Rusiyanın idarə və təşkilatlarının 2022-ci ildə Qətərdə Dünya Kubokunun hazırlanması və keçirilməsi ilə bağlı əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyəcək.

Son xəbərlər

Orphus sistemi