Rusiya və Çin ABŞ-ın raket sınaqları ilə əlaqədar BMT-nin TŞ-ın iclasının çağırılmasını tələb edib

Rusiya və Çin ABŞ-ın raket sınaqları ilə əlaqədar BMT-nin TŞ-ın iclasının çağırılmasını tələb edib Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.
Digər ölkələr
21 Avqust , 2019 06:48
Rusiya və Çin ABŞ-ın raket sınaqları ilə əlaqədar BMT-nin TŞ-ın iclasının çağırılmasını tələb edib

RusiyaÇin BMT-nin Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında səlahiyyətli nümayəndəsi Dmitri Polyanski bildirib.

O, qeyd edib ki, buna səbəb ABŞ-ın raket sınaqlarıdır. Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqaviləni pozub.

Növbədən kənar iclas bu gün axşam saat 22:00-da keçiriləcək.

Daha əvvəl bildirilib ki, Birləşmiş Ştatlar Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə ilə qadağan olunmuş nüvə olmayan yerüstü qanadlı raketini sınaqdan keçirib. Sınaq avqustun 18-də baş tutub.

Orphus sistemi