Rusiya və ABŞ rəsmiləri terrorla mübarizəni müzakirə edəcəklər

Rusiya və ABŞ rəsmiləri terrorla mübarizəni müzakirə edəcəklər Rusiya ilə ABŞ arasında terrorla mübarizə mövzusunda məsləhətləşmələrin növbəti mərhələsi bazar ertəsi Vyanada keçiriləcək.
Digər ölkələr
9 Sentyabr , 2019 05:17
Rusiya və ABŞ rəsmiləri terrorla mübarizəni müzakirə edəcəklər

Rusiya ilə ABŞ arasında terrorla mübarizə mövzusunda məsləhətləşmələrin növbəti mərhələsi bazar ertəsi Vyanada keçiriləcək.

"Report" "TASS"a istinadən xəbər verir ki, müşavirədə Rusiya xarici işlər nazirinin terrorla mübarizə üzrə müavini Oleq Sıromolotov və ABŞ dövlət katibinin birinci müavini Con Sallivan, habelə hər iki ölkənin müvafiq idarələrinin nümayəndələri iştirak edəcəklər.

Oleq Sıromolotov bildirib ki, iclasın gündəliyi olduqca genişdir: xarici terrorçu döyüşçülərin hərəkəti, İŞİD terror qruplaşmasının Əfqanıstandakı fəaliyyəti, Saxara-Saxelsk regionundakı vəziyyət və terrorizmin maliyyələşdirilməsi.

O, qeyd edib ki, iclas iştirakçılarının müzakirə edəcəkləri əsas məsələ terrorçuların və terror təşkilatlarının BMT-də siyahıya alınması üçün vahid mexanizmin yaradılması olacaq.

Son xəbərlər

Orphus sistemi