Rusiya Ukrayna DSX-nin keçmiş rəisini axtarışa verib
Digər ölkələr
- 17 noyabr, 2023
- 07:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) keçmiş rəisi Nikolay Litvini axtarışa verib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun konkret olaraq hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.
Daha əvvəl Rusiya İstintaq Komitəsi bildirmişdi ki, N. Litvinin tabeliyində olan şəxslər 2014-cü ildə Rusiyanın işğal altındakı Ukrayna əraziləri - Donetsk və Luqanskda hücumlar həyata keçirib, nəticədə 1200-dən çox insan həlak olub və ya yaralanıb, 140-dan çox infrastruktur obyektinə ziyan dəyib.
Qeyd edək ki, N. Litvin 2003-2014-cü illərdə Ukrayna DSX-nin rəisi vəzifəsində çalışıb.
Son xəbərlər
13:13
ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub
İnfrastruktur
13:11
Rusiya Azərbaycanın antiinhisar pozuntuları üzrə təklifini dəstəkləyib
Biznes
13:07
Azərbaycanda icmal büdcəyə aid fondların 9 aylıq gəlir və xərcləri açıqlanıb
Maliyyə
13:04
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
Maliyyə
13:03
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Fərdi
13:01
Gürcüstan Azərbaycanla fitosanitar nəzarət haqqında saziş bağlamağı planlaşdırır
ASK
12:59
Anar Bağırov: "Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarından medallarla qayıdacağımıza ümid edirik"
Fərdi
12:59
Kamran Əliyev Səudiyyə Ərəbistanının antikorrupsiya qurumunun rəhbərini təltif edib
Xarici siyasət
12:54
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Biznes