Rusiya, Ukrayna, Almaniya və Fransa rəsmiləri cümə günü Berlində toplaşacaq

Rusiya, Ukrayna, Almaniya və Fransa rəsmiləri cümə günü Berlində toplaşacaq Görüşdə ölkələrin xarici işlər nazirləri və onların müavinləri iştirak etməlidir
Digər ölkələr
5 Mart , 2015 22:31
Rusiya, Ukrayna, Almaniya və Fransa rəsmiləri cümə günü Berlində toplaşacaq

Bakı. 5 mart. REPORT.AZ/ Rusiya, Ukrayna, Almaniya və Fransa rəsmiləri cümə günü Berlində toplaşaraq Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcək. Növbəti addım 3 həftə əvvəl əldə edilən Minsk razılığının şərtlərinin həyata tətbiqi olacaq. Görüşdə ölkələrin xarici işlər nazirləri və onların müavinləri iştirak etməlidir.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, rəsmi Kiyev üsyançıların fevralın 15-də qüvvəyə minən atəşkəsə riayət etmədiyini, Donetsk və Mariupol şəhərlərində qüvvələrin toplaşdığını bildirir.

Polşanın Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Koziej deyib ki, Ukrayna qüvvələrinin möhkəmləndirilməsi Avropa, Ukrayna və Polşanın maraqlarına xidmət etməklə yanaşı, Ukraynanın şərq regionunda deskalasiyaya yardım edə bilər.

Bu arada Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov ABŞ-ın minlərlə rus əsgərinin Ukrayna separatistlərinə dəstək verdiyinə dair iddialarını rədd edib.

ABŞ-ın Avropa qüvvələrinin komandiri Ben Hodces bu həftə Berlindəki çıxışı zamanı 12 minlə 50 min arasında rus əsgərinin sərhəd bölgələrdə mövqe tutduğunu bildirib. O, Rusiya ordusunun hərbi məsləhətçiləri, silah operatorları və döyüş qüvvələrinin bölgəyə yerləşdirildiyini deyib. 29 min əsgərdən ibarət hərbi qüvvənin ilhaq olunan Krım yarımadasında olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi