​Rusiya təyyarələri İŞİD-in 12 obyektinə hücum edib

​Rusiya təyyarələri İŞİD-in 12 obyektinə hücum edib Ötən gün "Xmeymim" aviabazasından 20 uçuş reallaşdırılıb
Digər ölkələr
7 Oktyabr , 2015 00:30
​Rusiya təyyarələri İŞİD-in 12 obyektinə hücum edib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya təyyarələri ötən gün Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) 12 obyektinə hava hücumu edib. Gün ərzində "Xmeymim" aviabazasından 20 uçuş həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarənin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun sözlərinə görə, qırıcılar Deyr-əz-Zor rayonu ərazisində terrorçuların iki komanda məntəqəsini məhv edib. Həmçinin İdlib əyalətində onların məşq meydançası zərərsizləşdirilib. Bundan əlavə, terrorçuların səhra düşərgəsinə hücum təşkil edilib. Bombardımandan sonra çoxsaylı tikinti və qurğunun dağıldığı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi