Rusiya Suriyada "Su-25" təyyarəsinin vurulduğunu təsdiqləyib, pilot ölüb - YENİLƏNİB-2

Rusiya Suriyada "Su-25" təyyarəsinin vurulduğunu təsdiqləyib, pilot ölüb - YENİLƏNİB-2 Pilot katapult etsə də, terrorçular tərəfindən öldürülüb
Digər ölkələr
3 Fevral , 2018 21:00
Rusiya Suriyada Su-25 təyyarəsinin vurulduğunu təsdiqləyib, pilot ölüb - YENİLƏNİB-2

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi "Su-25" təyyarəsinin Suriyada vurulduğunu və pilotun öldüyünü təsdiq edib.

“Report” xəbər verir ki, idarə qırıcının yaraqlılar tərəfindən vurulduğunu əlavə edib.

Qeyd olunur ki, pilot katapult etsə də, terrorçular tərəfindən öldürülüb.


***20:22

Bakı. 3 fevral. REPORT.AZ/ Suriyanın şimalında yerləşən İdlib şəhərində vurulan təyyarənin Rusiyaya məxsus "Su-25" olduğu bildirilir.

“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Pilotun katapult etdiyi bildirilir.

"Sky News Arabia" telekanalının məlumatına görə, təyyarə "yer-hava" sinifli raketlə vurulub.

Məlumat öz rəsmi təsdiqini tapmayıb.


***19:19

Bakı. 3 fevral. REPORT.AZ/ Suriya silahlı müxalifəti şənbə günü İdlib şəhəri yaxınlığında hərbi təyyarə vurduğunu bəyan edib.

“Report” xəbər verir ki, bu barədə "Sky News Arabia" peyk telekanalı məlumat yayıb.

Döyüş təyyarəsinin raketlə vurulduğu bildirilir. Digər təfərrüatlar, o cümlədən hava gəmisinin məhz kimə məxsus olması barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi