Rusiya Suriyada hava hücumlarını intensivləşdirib

Rusiya Suriyada hava hücumlarını intensivləşdirib Son 24 saat ərzində terrorçuların 10 mövqeyi hədəf alınıb.
Digər ölkələr
5 Oktyabr , 2015 01:12
Rusiya Suriyada hava hücumlarını intensivləşdirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiya Suriyada İŞİD-ə qarşı hava hücumlarını intensivləşdirib. 

"Report" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, qırıcı təyyarələr son 24 saat ərzində təlim düşərgələri, silah anbarları və komanda postları daxil edilməklə, terrorçuların 10 mövqeyini hədəf alıb.

Hücumların əksəriyyəti İdlib vilayətində, digərləri isə İŞİD-in sabiq paytaxtı Raqqada həyata keçirilib.

Qərb hökumətləri isə Rusiyanın İŞİD deyil, Bəşər Əsəd rejiminə rəqib qüvvələri hədəf aldığını deyir.

Britaniyanın baş naziri Devid Kameron Rusiyanın İŞİD-ə qarş mübarizəyə qoşulmasını alqışlasa da, regionda sabitliyin bərqərar edilməsi üçün Əsədin hakimiyətdən getməsinin vacibliyini qeyd edib.

"Orada qəssab Əsədə dəstək verilir. Bu, həm onlara, həm də bütün dünyaya ziddir" –deyə Kameron BBC-də bildirib.

Britaniyanın müdafiə rəsmiləri Rusiyanın hava hücumlarının yalnız 5 faizinin İslam Dövlətinə qarşı yönəldiyini deyir.

Son xəbərlər

Orphus sistemi