Yuxarı

Rusiya Şimal qütbü üzərində haqq iddia edir

Rusiya məsələ ilə bağlı BMT-yə rəsmi müraciət ünvanlıyıb

Bakı. 6 avqust. REPORT.AZ/ Rusiya Şimal qütbünün 1,2 milyon kvadrat kilometrlik sahəsində haqq sahibi olduğunu iddia edərək yenidən BMT-yə müraciət edib.

"Report" xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyindən verilən məlumatda bu ölkənin beynəlxalq dəniz hüququna görə qitənin sahil xəttindən 350 dəniz mili uzaqlıqdakı Şimal qütbü üzərində haqq sahibi olduğu və bu haqqın tanınması üçün BMT-yə rəsmi müraciət edildiyi bildirilir. Rusiyanın BMT-yə 2002-dəki müraciəti rədd edilmişdi.

Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, Şimal qütbündə dünyadakı ümumi neft ehtiyatının 13 faizi, təbii qaz ehtiyatının isə 30 faizi var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi