Liman-Kupyansk istiqamətində Rusiya qoşunlarının sayı 100 min nəfərdən çoxdur. Hazırda bu istiqamətdə müdafiə əməliyyatı aparılır.
“Report”
“Məsələn, dünənə kimi düşmən, müdafiəçilərimizin mövqelərinə 620 hücum həyata keçirib, 15 hava zərbəsi endirib”, - Yevlaş açıqlayıb.
Eyni zamanda, onun sözlərinə görə, rusiyalılar öz aktivliyini Kupyansk istiqamətindən Novoyehorivkaya keçirirlər. Xüsusilə avqustun 26-da Ukrayna hərbçiləri orada Rusiyanın 10 hücumunu dəf edib. Burada Rusiyanın itkiləri 117 nəfər təşkil edir. Ukrayna Silahlı Qüvvələri həmçinin iki ədəd tankı, iki ədəd desantın döyüş maşınını, “Murom-M” stansiyasını və bir səhra sursat anbarını məhv etməyə nail olub.
“Ümumiyyətlə, Liman-Kupyansk istiqamətində bütün istiqamətə nəzər salsaq, orada 110 minə yaxın rusiyalı əsgər görərik. Amma onu seqmentlərə ayırsanız, Kupyansk istiqamətində 45 min, Liman istiqamətində isə 48 min rusiyalı əsgər var. ”, - Yevlaş vurğulayıb.