Yuxarı

Rusiya qazının Ukraynaya tədarükü üzrə üçtərəfli danışıqların növbəti raundu keçiriləcək

Görüş gələn həftə baş tutacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya, Ukrayna və Avropa Komissiyası arasında Rusiya qazının Ukraynaya tədarükü üzrə üçtərəfli danışıqların növbəti raundu aprelin 14-də Berlində keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Komissiyasının mətbuat katibi Anna-Kaisa İtkonen bildirib.

Ukrayna, Rusiya və Aİ ötən ilin payızında Rusiya qazının qış dövründə bu ilin aprel ayına qədər Ukraynaya tədarük şərtləri haqqında "qış paketi" bağlıyıb. Bu müvəqqəti razılaşma qazın qiyməti və tədarük şərtlərinə dair uzun mübahisələrdən sonra əldə olunub.

Ötən ildən Ukrayna Rusiyadan qazı ilkin ödəniş şərtləri ilə alır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi