Yuxarı

​Rusiya prezidenti Yanukoviçi necə xilas etmələrindən danışıb

Mənə xəritəni göstərəndə, aydın oldu ki, o tezliklə pusquya düşəcək

Bakı. 15 mart. REPORT.AZ/ Vladimir Putin "Rossiya 1" telekanalı ilə yayımlanan "Krım. Vətənə gedən yol" sənədli filmində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin xilas edilməsi üzrə əməliyyatın təfərrüatlarını danışıb.

"Report" xəbər verir ki, Putinin sözlərinə görə, Rusiyanın müşahidə xidmətləri Krıma üz tutan Yanukoviçin olduğu yeri qeydə alıb.

"Lakin mənə xəritəni göstərəndə, aydın oldu ki, o tezliklə pusquya düşəcək, O zaman, Yanukoviçin kortejini sahil tərəfə yönləndirmək qərara alındı. Biz onlara hara çıxmaları barədə göstəriş verdik və göyərtəsində xüsusi təyinatlıların olduğu vertolyot qrupu göndərdik", — deyə Putin qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi