Yuxarı

Rusiya prezidenti Panama ofşorları barədə sualı cavablandırıb

Putin: Panama sənədlərinin yaradıcıları səhvə yol veriblər

Bakı. 14 aprel. REPORT.AZ/ "Panama arxiv"i barədı araşdırmanın müəllifləri səhvə yol veriblər". "Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa bağlantı zamanı sualları cavablandırarkən deyib.

"Rusiyada çox şey təsəvvür eləmək olar, amma skripka və violonçel ilə rüşvət verilməsi faktını xatırlamıram", - deyə Rusiya prezidenti əlavə edib.

Prezidentin sözlərinə görə, hərdən ona elə gəlir ki, bu məlumatları jurnalistlər yox, hüquqşünaslar yazır. V.Putin qeyd edib ki, belə məqalələrdə kiminsə ünvanına birbaşa ittiham irəli sürülmür.

Qeyd edək ki, daha əvvəllər Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu Panama ofşorları barədə material nəşr edib və orada Vladimir Putinə yaxın insanlara mənsub hesabların olduğunu iddia edib. Söhbət ilk növbədə Rusiya prezidentinin uşaqlıq dostu, virtuoz musiqiçi Sergey Roldugin və "Rusiya" bankının səhmdarlarından olan Yuri Kovalçukdan gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi