Rusiya prezidenti güc strukturlarında çalışan on generalı vəzifədən uzaqlaşdırıb

Rusiya prezidenti güc strukturlarında çalışan on generalı vəzifədən uzaqlaşdırıb Vladimir Putin İstintaq Komitəsinin Çeçenistan İdarəsinin rəhbəri Sergey Devyatovu da vəzifəsindən azad edib
Digər ölkələr
11 Fevral , 2016 13:58
Rusiya prezidenti güc strukturlarında çalışan on generalı vəzifədən uzaqlaşdırıb

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin müxtəlif güc strukturlarında çalışan on generalı hərbi xidmətdən azad edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hüquqi informasiya rəsmi internet portalında dərc olunan müvafiq fərmanda deyilir.

Prezident, o cümlədən İstintaq Komitəsinin Çeçenistan İdarəsinin rəhbəri Sergey Devyatovu, İstintaq Komitəsinin Moskva İdarəsinin rəhbər müavini Aleksey Zyazevi və Fövqəladə Hallar Nazirliyinin aparat rəhbəri Robert Kireyevi də vəzifəsindən azad edib.

V.Putin, həmçinin DİN-in Antikorrupsiya İdarəsinə yeni rəis müavini təyin edib. Bu vəzifəyə polkovnik Vladislav Qorkavtsev təyinat alıb.

Son xəbərlər

Orphus sistemi