Yuxarı

​Rusiya Palmiranı bombalayıb, 146 obyekt məhv edilib

Qırıcılar şəhərə ümumilikdə 41 həmlə edib

Bakı. 25 mart. REPORT.AZ/ Rusiya Hərbi-Kosmik Qüvvələri martın 22-dən 24-dək Palmira rayonu ərazisində (Homs əyaləti) Suriya qoşununun hücumuna dəstək vermək və İŞİD terrorçularına zərbə endirmək üçün 41 uçuş həyata keçiriblər.

"Report" xəbər verir ki, bu barədə KİV nümayəndələrinə Rusiyanın Suriya Ərəb Respublikası ərazisində düşmənçilik edən tərəflər arasında barışıq Mərkəzinin rəisi, general-leytenant Sergey Kuralenko bildirib.

"Bu hücumlar nəticəsində Rusiya aviasiyası tərəfindən terrorçuların 146 obyekt, eləcə də, idarəetmə məntəqələri, döyüş sursatı anbarları, artilleriya qurğuları, tanklar və avtomobil texnikası məhv edilib", - deyə o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi