Yuxarı

Rusiya Olland və Merkelin Ukrayna ilə bağlı konstruktiv təkliflərinə ümid edir

Yuri Uşakov: Görüşün keçirilməsi Donbasda vəziyyətin pisləşməsi ilə bağlıdır

Bakı. 5 fevral. REPORT.AZ/ Kremldə Olland və Merkelin Kiyevdə hansı həll planını müzakirə edəcəklərini və daha sonra Moskvaya gətirəcəklərini bilmirlər, lakin bunun konstruktiv plan olacağına ümid edirlər. 

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Yazılı planın olub-olmaması haqqında məlumatım yoxdur, lakin Merkel və Ollandın Kiyevdə müzakirə edəcəyi, daha sonra sabah Moskvada öz fikirlərini bildirəcəkləri planın mövcud olduğu bildirilib. Bu planın hansı xarakter daşıdığını bilmirəm, lakin onun bir çox təklifləri, o cümlədən son günlər prezidentimizin irəli sürdüyü kompleks xarakterli təklifləri əhatə edəcəyinə ümidvaram", - o qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi