Avropa İttifaqının (Aİ) bütün nümayəndə heyətləri və onların bir sıra tərəfdaşları Rusiya nümayəndələrinin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) İcraiyyə Şurasının iclasındakı çıxışı zamanı zalı tərk ediblər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın Niderlanddakı səfiri Lyuis Vassi məlumat verib.
“Aİ-nin İcraiyyə Şurasının iclasındakı bütün nümayəndə heyətləri və bir çox tərəfdaşlar Rusiya nümayəndə heyəti bizim “yalanlar” haqqında danışarkən otağı tərk etmək qərarına gəldilər, çünki onlar Ukrayna və KSQT-nin məşğul olduğu digər məsələlər ilə bağlı əsas faktları təkzib edirdilər”, - fransız diplomat tviter səhifəsində yazıb.
Vassi həmçinin bildirib ki, tədbir zamanı Aİ adından Ukraynada baş verənlərlə bağlı bəyanat oxuyub.