Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov təyin edilib.
O, general-mayor Andrey Volkovu əvəz edəcək.