Rusiya kamikadze dronları ilə "Ladıjinskaya" İES-ə hücum edib

Rusiya kamikadze dronları ilə "Ladıjinskaya" İES-ə hücum edib Rusiya Silahlı Qüvvələri (SQ) İran istehsalı olan 2 kamikadze pilotsuz uçuş aparatı ilə Vinnitsa vilayətində yerləşən istilik elektrik stansiyasına (İES) hücum edib.
Digər ölkələr
11 Oktyabr , 2022 11:26
Rusiya kamikadze dronları ilə Ladıjinskaya İES-ə hücum edib

Rusiya Silahlı Qüvvələri (SQ) İran istehsalı olan 2 kamikadze pilotsuz uçuş aparatı ilə Vinnitsa vilayətində yerləşən "Ladıjinskaya" İstilik Elektrik Stansiyasına (İES) hücum edib.

"Report" UNIAN-a istinadən xəbər verir ki, bunu Vinnitsa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Borzov deyib.

O, hadisə yerində müvafiq xilasetmə xidmətlərinin çalışdığını söyləyib.

Hücum nəticəsində istilik elektrik stansiyası sıradan çıxıb. Bundan başqa, ölkənin bir sıra regionlarında, o cümlədən Kiyev, Odessa və Dnepr vilayətlərində hava həyəcanı elan edilib.

Xatırladaq ki, oktyabrın 10-da Ukraynanın bir sıra şəhərləri Rusiya Silahlı Qüvvələrinin raket hücumuna məruz qalıb.

Son xəbərlər

Orphus sistemi