Rusiya "JPMorgan Chase"in məlumat bazasını sındıran şəxsi ABŞ-a təhvil verib

Rusiya "JPMorgan Chase"in məlumat bazasını sındıran şəxsi ABŞ-a təhvil verib Aaron dekabrın 15-də Nyu-Yorka çatdırılacaq
Digər ölkələr
15 Dekabr , 2016 03:21
Rusiya JPMorgan Chasein məlumat bazasını sındıran şəxsi ABŞ-a təhvil verib

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya hökuməti "JPMorgan Chase" bankının məlumat bazasının sındırılmasında ittiham olunan amerikalı Coşua Aaronu ABŞ-a təhvil verib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Aaron dekabrın 15-də Nyu-Yorka çatdırılacaq. Onun təhvil verilməsinə dair danışıqlar 7 aydan çox davam edib.

Aaron ABŞ-da 20-dən çox maddə üzrə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi