Viktor Orban: "Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə "yox" deməliyik"

Viktor Orban: "Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə "yox" deməliyik" "Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə "yox" deməliyik".
Digər ölkələr
24 Mart , 2022 06:53
Viktor Orban: Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə yox deməliyik
Viktor Orban

"Rusiya ilə hava müharibəsinə səbəb ola biləcək təkliflərə "yox" deməliyik".

"Report" MTI xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Orban Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqinə, eləcə də ora öldürücü silahların göndərilməsinə qarşı ölkəsinin mövqeyini bir daha təsdiqləyib.

Macarıstanın Baş naziri Avropa ölkələrini Ukraynada hərbi münaqişəyə cəlb edə biləcək təhlükəli qərarların qəbulunun qarşısını almağa çağırıb.

Hökumət başçısı deyib ki, ölkəsinin bu mövqeyini martın 24-25-də keçiriləcək Avropa İttifaqı və NATO sammitlərində müdafiə etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi