Yuxarı

Rusiya İstintaq Komitəsi: Nemtsovun qətli ilə bağlı dezinformasiyalara qarşı diqqət olmalıyıq

Boris Nemtsovu müşayiət edən qadınla yanaşı, digər şahidlər də dindirilir

Bakı. 28 Fevral. REPORT.AZ/ Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin müxalif siyasətçi Boris Nemtsova atəş açan qatillərin avtomobilinin aşkar olunduğuna dair məlumatı təkzib edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu xəbərləri dezinformasiya adlandıran V.Markin bildirib ki, media qurumları bu kimi informasiyaları yayarkən diqqətli davranmalıdır.

İstintaq komitəsinin rəsmi, bununla yanaşı, bütün obyektiv və doğru informasiyaların yalnız rəsmi mənbədən, yəni cinayət işini araşdıran istintaq komitəsindən alınmalı olduğunu vurğulayıb.

V.Markin Boris Nemtsovu müşayiət edən qadınla yanaşı, digər şahidlərin də dindirildiyi bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi