Rusiya, İran və Türkiyənin XİN başçıları Antalyada bütün məsələlər üzrə razılığa gəliblər

Rusiya, İran və Türkiyənin XİN başçıları Antalyada bütün məsələlər üzrə razılığa gəliblər Bunu Rusiyanın XİN rəbəri Sergey Lavrov deyib
Digər ölkələr
19 Noyabr , 2017 14:43
Rusiya, İran və Türkiyənin XİN başçıları Antalyada bütün məsələlər üzrə razılığa gəliblər

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Antalyada bütün məsələlərlə bağlı razılıq əldə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəbəri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, sözügedən üç ölkənin baş qərargah rəisləri noyabrın 22-də Soçidə keçiriləcək sammit öncəsi görüşərək Suriyada deeskalasiya zonalarının işinin detallarını müzakirə edəcəklər.

"Rusiya, Türkiyə və İranın baş qərargah rəisləri də noyabrın 22-də Soçidə keçiriləcək sammitə hərbi xətt üzrə hazırlıq qismində öz görüşlərini keçirəcəklər", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi