Rusiya hərbi təyyarələri Baltik dənizində ABŞ gəmisinə 30 metrə qədər yaxınlaşıb

Rusiya hərbi təyyarələri Baltik dənizində ABŞ gəmisinə 30 metrə qədər yaxınlaşıb Təlimlər keçən "Donald Cook" bir neçə dəfə təqib olunub
Digər ölkələr
14 Aprel , 2016 04:51
Rusiya hərbi təyyarələri Baltik dənizində ABŞ gəmisinə 30 metrə qədər yaxınlaşıb

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya hərbi təyyarələri bazar ertəsi və çərşənbə axşamı ABŞ-ın "Donald Cook" gəmisinin göyərtəsinə 900-dən az metr məsafədə yaxınlaşıb. "Report"un məlumatına görə, bu barədə "Reyter" xəbər agentliyi xəbər yayıb.

Agentliyə hərbi mənbələrdən verilən məlumatda bildirilir ki, "Su-24" təyyarələri bəzi hallarda hətta ABŞ esminesindən 30 metr hündürlükdə uçublar.

Bundan əvvəl isə ABŞ-ın Avropadakı hərbi komandanlığı (EUCOM) bildirib ki, Rusiya hərbi təyyarələri iki gün ərzində Baltik dənizinin beynəlxalq sularında dəniz təlimləri keçən "Donald Cook" esminesinə olduqca yaxın məsafədə uçub.

Məlumata görə, ilk insident bazar ertəsi günü, yerli vaxtla saat 15:00-da baş verib. "Su-24" esminesin bir qədər hündürlükdə uçub. Lakin ertəsi gün esminesə iki Su-24-lə yanaşı Ka-27 vertolyotu da yaxınlaşıb.

Şahidlərin sözlərinə görə, təyyarələrlə gəmi arasında məsafə bəzən cəmi 30 metr təşkil edib. 

Son xəbərlər

Orphus sistemi