Rusiya hərbi müxbirləri Marinkanın ələ keçirilmədiyini etiraf edib

Rusiya hərbi müxbirləri Marinkanın ələ keçirilmədiyini etiraf edib Ukrayna hərbçiləri, Rusiya mətbuatının da yazdığı kimi, Donetsk vilayətinin Marinka şəhərinin itirilməsini inkar edir.
Digər ölkələr
5 Dekabr , 2023 05:25
Rusiya hərbi müxbirləri Marinkanın ələ keçirilmədiyini etiraf edib

Ukrayna hərbçiləri, Rusiya mətbuatının da yazdığı kimi, Donetsk vilayətinin Marinka şəhərinin itirilməsini inkar edir.

“Report” “The Insider”ə istinadən xəbər verir ki, rusiyalılar həqiqətən də şəhərin qərb kənarındakı binanın üzərinə bayraq sancmağı bacarıblar, lakin indi ora boz zonadadır.

O da xatırladılıb ki, Rusiya tərəfi 2022-ci ilin martından bəri dəfələrlə Marinkanın tutulduğunu bəyan edib.

Rusiya hərbi müxbirləri də yazır ki, Rusiya Silahlı Qüvvələri hələ də Marinka üzərində tam nəzarəti bərqərar edə bilməyib, onlar nəşrlərdən və bloqçulardan cəbhədən gələn məlumatları yoxlamağı xahiş edirlər.

“DeepState”in məlumatına görə, Baxmut istiqamətində Rusiya Silahlı Qüvvələri Bohdanivka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqələrini ələ keçirib, Xromove bölgəsində irəliləyir, həmçinin Andriivka və Klişiivkaya təzyiqləri davam etdirir. Avdiivka istiqamətində vəziyyət ən ağırdır – Rusiya qoşunları həm cinahlardan, həm də cəbhədən sıxmağa davam edir. Stepove bölgəsində Rusiya Silahlı Qüvvələrinin qismən uğurları qeyd olunur. Svatove istiqamətində Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin bir neçə mövqelərini ələ keçirib. Dnepr çayının sol sahilində Krınkı kəndində atıcı silahlarla döyüşlər gedir. Ukrayna hərbçilərini oradan çıxarmaq mümkün deyil, lakin qeyd olunur ki, qarşı tərəf Dnepr çayının sağ sahilindəki kəndlərə bombalar yağdırır və artilleriyadan atəş açır.

Xatırladaq ki, 2022-ci ilin mart ayından bəri Marinka bölgəsində şiddətli döyüşlər gedir. 2023-cü ildə şəhər tamamilə məhv olub. “Kabus şəhər”ə çevrilmiş yaşayış məntəqəsində müharibədən öncə on minə yaxın insan yaşayıb.

Son xəbərlər

Orphus sistemi