Rusiya həftə ərzində Suriyada terrorçuların 1250-dən çox obyektini bombalayıb

Rusiya həftə ərzində Suriyada terrorçuların 1250-dən çox obyektini bombalayıb Hava-Kosmik Qüvvələri həftə ərzində 500-dən çox uçuş ediblər
Digər ölkələr
17 Noyabr , 2017 04:58
Rusiya həftə ərzində Suriyada terrorçuların 1250-dən çox obyektini bombalayıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiya Hava-Kosmik Qüvvələri həftə ərzində Suriyada 500-dən çox uçuş həyata keçirib. Bu uçuşlar zamanı beynəlxalq terror qruplaşmalarının 1250-dən çox obyekti məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Pilotsuz uçan aparatlar həftə ərzində Suriyada 300-dən çox uçuş edərək yaraqlıların 432 obyektini aşkara çıxarıb. Rusiya istehkamçıları tərəfindən 1238 hektardan çox ərazi yoxlanılıb və 44,8 min partlayış təhlükəli əşya zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi