Yuxarı
    Bağlamaq

    Rusiya genişmiqyaslı təlimlərə başlayıb

    Rusiya NATO-nun hərbi manevrləri ilə eyni zamanda genişmiqyaslı təlimlərə başlayıb

    Bakı. 26 May. REPORT.AZ/ Rusiya NATO-nun Arktika bölgəsində hərbi manevrləri ilə eyni zamanda genişmiqyaslı təlimlərə başlayıb.

    "Report"un Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, Rusiyanın 12 min nəfərdən ibarət əsgəri qüvvəsi, 700 hərbi birləşmə və 250 hərbi təyyarənin iştirakı ilə keçən təlimlər bazar ertəsi başlayıb. Eyni gündə Birləşmiş Ştatlar və Avropanın səkkiz ölkəsinin 100 döyüş təyyarəsi və 4 min nəfərdən ibarət əsgəri qüvvəsi Arktika Sınaq Təlimlərinə başlayıb.

    NATO-nun Şimal təlimləri adlandırdığı hərbi manevrlər iyunun 4-ə qədər davam edəcək və iyunun 5-də 17 ölkənin 4 min 500 nəfərlik əsgəri qüvvəsi ilə Baltops (Baltika Əməliyyatları) manevləri ilə davam etdiriləcək.

    Rusiya müdafiə nazirliyinin mənbələrinə əsasən, hərbi təlimlər prezident Vladimir Putinin əmri ilə keçirilir. Təlimlər Volqa boyu regiondan Sibirə qədər may ayının 28-ə kimi davam edəcək.

    Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç Rusiyanın hərbi təyyarələrinin bu ölkələrinin hava hövzəsi yaxınlığında aktivliyini bildirib və bir-biri ilə daha yaxın hərbi əməkdaşlıq etməyə söz verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi