Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var - YENİLƏNİB

Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var - YENİLƏNİB Aprelin 10-da Rusiya hərbçiləri Dnepr şəhərinə raket zərbəsi endirib, azı bir nəfər ölüb.
Digər ölkələr
10 aprel 2025 20:14
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var - YENİLƏNİB

Rusiya hərbçilərinin cümə axşamı Dnepropetrovsk vilayətini raket zərbələri ilə atəşə tutması nəticəsində Dnepr şəhərində 5, Nikopol şəhərində isə 13 nəfər yaralanıb.

Bu barədə “Report” Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın məlumatına istinadən xəbər verir.

“Dneprdə raket zərbəsi nəticəsində yaralanan 5 nəfərin olduğu məlumdur. Onların hamısı xəstəxanaya yerləşdirilib. 55 yaşlı qadının vəziyyəti ağırdır. Qalanların vəziyyəti orta ağırdır. Bir nəfər ölüb. Xilasedicilər infrastruktur obyektində baş verən yanğını söndürməkdə davam edir”, - Lısak sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Nikopolda 13 yaralıdan 5-i xəstəxanaya yerləşdirilib, onlardan 4-nün vəziyyəti ağırdır.

19:33

Aprelin 10-da Rusiya hərbçiləri Dnepr şəhərinə raket zərbəsi endirib, azı bir nəfər ölüb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

“Dnepr. Düşmən şəhərə raketlə hücum edib. Zərbə endirilən yerdə genişmiqyaslı yanğın baş verib. Mülki obyektin ərazisində dağıntılar var”, - Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak deyib.

O qeyd edib ki, ilkin məlumata görə, raket hücumu nəticəsində 42 yaşlı kişi ölüb, daha 3 nəfər isə yaralanıb.

Rusiya hərbçilərinin hansı obyekti vurduğu açıqlanmır.

Son xəbərlər

Orphus sistemi