Rusiyanın bütün diplomatları ABŞ-ı tərk edib

Rusiyanın bütün diplomatları ABŞ-ı tərk edib Diplomatları daşıyan təyyarə Vaşinqtondan səmaya qalxıb
Digər ölkələr
1 Yanvar , 2017 19:35
Rusiyanın bütün diplomatları ABŞ-ı tərk edib

Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ administrasiyası tərəfindən bu ölkədən çıxarılmış Rusiya diplomatlarını daşıyan təyyarə paytaxt Vaşinqtondan səmaya qalxıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının bu  ölkədəki səfirliyinin mətbuat xidmətindən "RİA Novosti" agentliyinə bildirilib.

Səfirlikdən bildiriblər ki, diplomatların olduğu təyyarə səmaya qalxıb və hamı onunla uçub.

Mətbuat xidmətindən həmçinin onu da əlavə ediblər ki, uçuşdan əvvəl ekipaj komandiri diplomatların Moskvaya istiqamət alan uşaqlarının Kremldə Yolka şənliyinə dəvət edildiklərini elan edib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyanın bir sıra diplomatlarına, Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunan şəxslərə, habelə digər rəsmi və fiziki şəxslərə, müəssisələrə qarşı sanksiyaları tətbiq edib. Onlar ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə və Rusiyada işləyən Amerika diplomatlarına təzyiq göstərməkdə ittiham edilirlər.

Son xəbərlər

Orphus sistemi