Rusiya bir neçə xarici diplomatı ölkələrinə göndərib

Rusiya bir neçə xarici diplomatı ölkələrinə göndərib Moskvadan Polşa diplomatik missiyasının bir neçə əməkdaşı və Almaniya səfirliyinin bir əməkdaşı xaric ediliblər
Digər ölkələr
17 Noyabr , 2014 17:24
Rusiya bir neçə xarici diplomatı ölkələrinə göndərib

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiyadan bir neçə xarici diplomat ölkələrinə göndəriliblər. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "statusları ilə fəaliyyətləri bir araya sığmayan" bir neçə polşalı diplomat Moskvadan xaric ediliblər. 

Rusiya XİN-dən bildiriblər ki, bu addım Polşadan rus diplomatlarının xaric edilməsinə cavab olaraq atılıb. 

Həmçinin Moskvadan Almaniya səfirliyinin bir əməkdaşı da xaric edilib. 

Rusiya Xarici İşlər Nazirliyindən bunu AFR-də Rusiya diplomatik missiyasının əməkdaşına qarşı münasibətə cavab addım adlandırıblar. 

Son xəbərlər

Orphus sistemi