Yuxarı

​Rusiya bir ay ərzində İŞİD-in Suriyadakı 1600 obyektini məhv edib

Müdafiə Nazirliyi: Ümumilikdə 1391 hərbi uçuş həyata keçirilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiya Hərbi-Kosmik Qüvvələri (HKQ) Suriyada əməliyyat başlayandan ötən bir ay ərzində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) 1600-dən çox infrastruktur obyektini məhv edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Andrey Kartapolov məlumat verib.

"Rusiya aviaqrupunun Suriya Ərəb Respublikasında hərbi əməliyyatlara başlamasından bir ay ötdü və müəyyən yekunlar barədə danışmağın vaxtı çatıb. Ötən bir ay ərzində bizim təyyarələr 1391 hərbi uçuş edərək terrorçuların 1623 obyektini məhv edib", - deyə Kartapolov bildirib.

Onun sözlərinə görə, bura 249 müxtəlif idarəetmə məntəqəsi və rabitə qovşağı, terrorçuların hazırlanması üçün 51 düşərgə, terrorçuların əldəqayırma partlayıcı qurğu hazırladığı 35 zavod və emalatxana, 131 döyüş sursatı və yanacaq anbarı, həmçinin 371 dayaq məntəqəsi və istehkam mərkəzi, 786 səhra düşərgəsi və müxtəlif bazalar daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi