Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Belarusdakı aviabazada təyyarə və helikopterlərin sayını artıracaqlar.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, rusiyalı nazir belaruslu həmkarı Andrey Ravkovla görüşdə deyib: "Mən praktik əməkdaşlığımızın davam etməsi üçün müzakirəyə hazıram. Bu, "S-300" sisteminə, Belarusdakı aviabazada təyyarələrin və helikopterlərin sayının artırılmasına aiddir".