Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib

Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib. 
Digər ölkələr
31 Oktyabr , 2017 19:39
Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın "Velikiy Novqorod" sualtı qayığı Aralıq dənizindən Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terror qruplaşmasının vacib hesab edilən mövqelərinə və obyektlərinə "Kalibr" qanadlı raketləri ilə zərbələr endirib.

"Raket atəşi nəticəsində Deyr-əz-Zor əyalətinin Əbu-Kəmal yaşayış məntəqəsi yaxınlığında İŞİD terrorçularının idarəetmə məntəqələri, iri silah-sursat anbarı, zirehli texnikası məhv edilib", - Rusiya Müdafiə Nazirliyindən deyilib. 

Son xəbərlər

Orphus sistemi