Rusiya ABŞ-la Suriya üzrə bağladığı Memorandumu dayandırıb

Digər ölkələr
  • 07 aprel, 2017
  • 08:50
Rusiya ABŞ-la Suriya üzrə bağladığı Memorandumu dayandırıb

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya ABŞ-ın Suriyada hökumətin nəzarətində olan aviabazanı bombalamasından sonra rəsmi Vaşinqtonla Suriyadakı aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək və insidentlərin qarşısını almaq məqsədi ilə imzalanan Memorandumu dayandırıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İnformasiyaya əsasən, buna səbəb aprelin 7-də ABŞ-ın Suriyaya hava zərbələri endirməsidir.

Qeyd edək ki, ABŞ Suriyanın Homs bölgəsində Bəşşar Əsəd rejiminə aid Şaryat hərbi hava bazasına Aralıq dənizindəki gəmilərindən "Tomahawk" tipli 59 qanadlı raket buraxıb.

Son xəbərlər

Bütün Xəbər Lenti