Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır

Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır Bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib
Digər ölkələr
29 Mart , 2018 21:19
Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır
Foto: TASS

Bakı. 29 mart. REPORT.AZ/ Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir vurğulayıb ki, ABŞ-ın Rusiyadakı səfiri Hanstman Rusiya Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və XİN başçısının müavini Sergey Ryabkov səfirə bu barədə məlumat verib. S.Lavrov bu addımın ABŞ-ın rus diplomatlarını öz ərazisindən çıxarmasına cavab olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ "Skripal işi"nə görə onlarla rus diplomatını ərazisindən çıxarıb.

Son xəbərlər

Orphus sistemi