Rusiya Avstraliyanın 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağlayıb

Rusiya Avstraliyanın 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağlayıb Moskva Avstraliya hökumətinin siyasi motivli anti-Rusiya sanksiyalarına cavab olaraq bu ölkənin 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağlayıb.
Digər ölkələr
29 Oktyabr , 2024 20:31
Rusiya Avstraliyanın 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağlayıb

Moskva Avstraliya hökumətinin siyasi motivli anti-Rusiya sanksiyalarına cavab olaraq bu ölkənin 131 vətəndaşının ölkəyə girişini həmişəlik bağlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Kollektiv Qərbin” rusofobik kampaniyası çərçivəsində Avstraliya hökumətinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi siyasi motivli sanksiyalara cavab olaraq, Avstraliyada anti-Rusiya gündəmini formalaşdıran jurnalistlər və ictimai xadimlər, eləcə də hərbi-sənaye kompleksi nümayəndələrinin yer aldığı 131 Avstraliya vətəndaşının Rusiya Federasiyasına girişi həmişəlik bağlanıb”, - bəyanatda vurğulanıb.

Qurumdan əlavə edilib ki, rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiya tədbirləri tətbiq etməyə davam etdiyini nəzərə alaraq, Rusiya da “stop-list”in yenilənməsi üzrə işləri davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi