Rumıniyanın Sosial-Demokrat Partiyası parlament seçkilərində qalib gəlib

Rumıniyanın Sosial-Demokrat Partiyası parlament seçkilərində qalib gəlib “Exit-poll”a görə, partiya 45,5 faiz səs toplayıb
Digər ölkələr
11 Dekabr , 2016 23:07
Rumıniyanın Sosial-Demokrat Partiyası parlament seçkilərində qalib gəlib

Buxarest. 11 dekabr. REPORT.AZ/ Bakı vaxtı ilə saat 23-də Rumıniyada keçirilən parlament seçkiləri başa çatıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın nüfuzlu “Avangarde” sosial araşdırma agentliyi keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Nəticələrə görə, Sosial-Demokrat Partiyası (PSD) 45,5 faiz səs toplayaraq parlament seçkilərinin qalibi olub. Milli Liberal Partiyası (PNL) 21,7 faiz, Rumıniyanı Qoru Birliyi (USR) isə 8,5 faiz səs toplaya bilib.

Rumıniyada Senat və Deputatlar Palatasına keçirilən seçkilərdə 6 min 500 namizəd 466 mandat uğrunda mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi