Bakı. 27 oktyabr. REPORT.AZ/ Rumıniyanın sabiq prezidenti Trayan Besesku Moldova ilə birləşmək prosesinə təşəbbüs göstərməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə o, ötən bazar "Xalq hərəkatı" partiyasına liderlik etməklə siyasətə qayıtdıqdan sonra, oktyabrın 26-da jurnalistlərə açıqlamasında bildirib.
"Moldovanın üç inkişaf etmək variantı var. Birincisi, mümkün qədər tez bir zamanda Avropa İttifaqına üzvlük perspektivi əldə etmək, ikincisi, Rumıniya ilə birləşmək, üçüncüsü isə, Rusiya gələcək və problemləri həll edəcək", - deyə Besesku qeyd edib.
Sabiq prezidentin sözlərinə görə, o, bu üç variant barədə ötən bazar "Xalq hərəkatı"nın qurultayına gələn xarici siyasi liderləri məlumatlandırıb.