Rumıniyanın baş naziri istefa verdi

Rumıniyanın baş naziri istefa verdi Rumıniyanın baş naziri Ludovik Orban parlament seçkilərində Milli Liberal Partiyanın uduzmasından sonra istefaya getdiyini elan edib.
Digər ölkələr
7 Dekabr , 2020 23:11
Rumıniyanın baş naziri istefa verdi
Lüdovik Orban

Rumıniyanın baş naziri Lüdovik Orban rəhbərliyində təmsil olunduğu Milli Liberal Partiyanın parlament seçkilərində uduzmasından sonra istefaya getdiyini elan edib.

“Report” “Agence France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, televiziyada translyasiya edilmiş çıxışı zamanı bildirib.

"Mən bu gün istefa qərarı verdim", - baş nazir deyib.

Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un məlumatına görə, seçkilərdə Sosial Demokrat Partiyası lider olub. İlkin məlumatlara əsasən, siyasi təşkilat siyasi marafonda 30,5 % seçici səsi toplayıb.

Son xəbərlər

Orphus sistemi