Rumıniyanın Səhiyyə Nazirliyi bu ölkədə qızılca epidemiyasının yayıldığını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, buna səbəb qızılcaya yoluxma hallarının həyəcanverici dərəcədə artımı, eləcə də xəstəxanaların uşaq və yoluxucu xəstəliklər şöbələrində çoxlu sayda yoluxmuş uşaqların olmasıdır.
Hazırda Rumıniyada iki mindən çox qızılcaya yoluxma halı qeydə alınıb. Bu xəstəlik ölkənin 41 regionundan 29-da aşkar edilib.