Rumıniyada peyvəndlərin effektivliyini azaldan koronavirus aşkarlandı

Rumıniyada peyvəndlərin effektivliyini azaldan koronavirus aşkarlandı Yeni növ özündə Böyük Britaniyada aşkarlanan B1.1.7 ştammını və E484K mutasiyasını birləşdirir
Digər ölkələr
6 Aprel , 2021 02:40
Rumıniyada peyvəndlərin effektivliyini azaldan koronavirus aşkarlandı

Rumıniyanın Suçava şəhərindəki Ştefan şel Mare universitetinin mütəxəssisləri koronavirus infeksiyanın “Böyük Britaniya” ştammının mutasiya olmuş növünə yoluxma aşkar ediblər.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, yeni növ özündə Böyük Britaniyada aşkarlanan B1.1.7 ştammını və E484K mutasiyasını birləşdirir. B.1.1.7 + E484K variantı peyvəndin effektivliyini azaldır.

Bildirilib ki, universitet, Rumıniyada mövcud olan ştammların obyektiv mənzərəsini formalaşdırmaq üçün ölkənin digər tibb müəssisələri ilə əməkdaşlıq qurmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi