Rumınıyada iki təyyarə toqquşub, pilotlardan biri ölüb, digəri yaralanıb

Rumınıyada iki təyyarə toqquşub, pilotlardan biri ölüb, digəri yaralanıb Bakı. 4 avqust. REPORT.AZ/ Rumıniyanın Suçava bölgəsində iki yüngül mühərrikli təyyarənin toqquşması nəticəsində pilotlardan biri ölüb, digəri yaralanıb.
Digər ölkələr
4 Avqust , 2018 16:49
Rumınıyada iki təyyarə toqquşub, pilotlardan biri ölüb, digəri yaralanıb

Bakı. 4 avqust. REPORT.AZ/ Rumıniyanın Suçava bölgəsində iki yüngül mühərrikli təyyarənin toqquşması nəticəsində pilotlardan biri ölüb, digəri yaralanıb.

“Report” “Agerpres” istinadən xəbər verir ki, məlumatı Rumıniyanın Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi yayıb.

Hadisə Suçava bölgəsinin Freteuts yaşayış məntəqəsində təlim-məşq uçuşu zamanı baş verib. Pilotlardan biri ölüb, digəri isə helikopterlə xəstəxanaya çatdırılıb.

Müffətişliyin məlumatına əsasən, hər iki təyyarə uçuş-eniş zolağından kənara düşüb. 

Son xəbərlər

Orphus sistemi