Rumıniyada hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçirib

Rumıniyada hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçirib Rumıniyanın 1 000-ə yaxın ehtiyatda olan hərbi qulluqçusu, polis əməkdaşları və cəzaçəkmə müəssisəsinin işçiləri maaş və pensiyaların artırılması tələbi ilə paytaxt Buxarestdə hökumət nazirlikləri qarşısında etiraz aksiyası keçirib.
Digər ölkələr
25 Mart , 2023 00:10
Rumıniyada hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçirib

Rumıniyada 1 000-ə yaxın ehtiyatda olan hərbi qulluqçu, polis əməkdaşları, cəzaçəkmə müəssisəsinin işçiləri maaş və pensiyaların artırılması tələbi ilə paytaxt Buxarestdə nazirliklərin binaları qarşısında etiraz aksiyası keçirib.

“Report” “Agerpres” agentliyinə istinadən xəbər verir ki, etiraza həm də parlamentin hazırda müdafiə, hüquq-mühafizə və milli təhlükəsizlik sahələrində pensiyaların azaldılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarması səbəb olub.

Nümayiş hökumətin, Daxili işlər, Əmək, Maliyyə və Ədliyyə nazirliklərinin binaları qarşısında keçirilib. Nümayişçilər əllərində “Biz sizin bacarıqsızlığınızın quluyuq”, “Biz partiyanı yox, ölkəni müdafiə edirik” və “Sizi müdafiə edənlərə xor baxmayın” şüarları yazılmış plakatlar qaldırıblar.

Aksiya Təqaüdçü Hərbi Birlik və Polis və Müqavilə İşçilərinin Milli Birliyi (SNPPC) tərəfindən təşkil olunub.

Son xəbərlər

Orphus sistemi