Yuxarı
    Bağlamaq

    Rumıniyada etirazçılar onlarla görüşə gələn prezidentlə dialoqdan imtina ediblər

    Klaus İohannis Kotroçen Sarayı önünə toplaşan 400-ə yaxın etirazçının qarşısına çıxıb

    Buxarest. 8 fevral. REPORT.AZ/ Rumıniya prezidenti Klaus İohannis artıq 4-cü gündür ki, onun istefasını tələb edən etirazçılarla görüşüb.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, dövlət başçısı paytaxt Buxarestdəki prezident iqamətgahı – Kotroçen Sarayı önünə toplaşan 400-ə yaxın etirazçının qarşısına çıxıb.

    Lakin aksiya iştirakçıları prezidentlə dialoqdan imtina ediblər. Prezident etirazçılarla söhbət etməyə çalışsa da, nümayişçilər onu istefa şüarları ilə qarşılayıblar. Bir neçə dəqiqədən sonra prezident iqamətgaha geri dönüb. Daha sonra K. İohannis öz "Facebook" səhifəsində məsələyə münasibət bildirib:

    "Mən Rumıniya dövlətinin başçısı olaraq bütün rumın xalqını onların imkanlarından asılı olmayaraq dinləməliyəm. Əlbəttə, bu təbiidir ki, fikir ayrılığı və fərqli baxış bucağı ola bilər. Amma hər bir vətəndaşın hüququdur ki, dinc və sivil qaydada öz fikrini bildirsin”.

    Qeyd edək ki, ötən gün etirazçılar prezidentdən yanvarın 22-də Universitet meydanından hökumət əleyhinə keçirilən marşda mitinqçilərlə görüşdüyü kimi onlarla da görüşməsini tələb etmişdirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi