Rumıniya Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləyir

Rumıniya Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləyir İkitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan sənədlər imzalanıb
Digər ölkələr
2 Aprel , 2015 00:04
Rumıniya Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləyir

Bakı. 2 aprel. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyaya rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə Prezidentinin rumıniyalı həmkarı Klaus Yohannis, Baş nazir Viktor Ponta və digər hökumət nümayəndələri ilə görüşləri keçirilib.

"Report"un AZƏRTACa istinadən verdiyi xəbərə görə, mətbuat konfransında Prezident Klaus Yohannis bildirib ki, Rumıniya Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəkləyir və bununla hər iki tərəf iqtisadi əməkdaşlıqdan tutmuş regional sabitliyə qədər yalnız qazanc əldə edə bilər. Rumıniya Prezidenti qeyd edib ki, hər iki ölkə əməkdaşlığı Qafqaz və Mərkəzi Asiya bazarlarında həyata keçirilən iqtisadi layihələrdə iştirak edərək genişləndirmək istəyir.

Prezident Rəcəb Tayyib Ərdoğan Rumıniyanın Türkiyəyə verdiyi dəstəyə görə təşəkkürünü bildirərək gələcəkdə bu dəstəyin daha da artacağına inandığını bildirib.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan bir sıra rəsmi sənədlər imzalanıb, vizaların aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb, Rumıniya və Türkiyəni birləşdirən enerji kabeli layihəsinin müzakirəsi də baş tutub.

Son xəbərlər

Orphus sistemi