Rumıniya terrorizmlə mübarizəyə qarşı beynəlxalq məhkəmə yaradılmasını təklif edir

Rumıniya terrorizmlə mübarizəyə qarşı beynəlxalq məhkəmə yaradılmasını təklif edir Təşəbbüslə bağlı bu həftə hüquq sahəsində ekspertlərin Buxarestdə görüşü planlaşdırılır
Digər ölkələr
15 Aprel , 2015 07:04
Rumıniya terrorizmlə mübarizəyə qarşı beynəlxalq məhkəmə yaradılmasını təklif edir

Bakı. 15 aprel. REPORT.AZ/ Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Barselonada keçirilən görüşündə terrorizmlə mübarizəyə qarşı yeni qurum - beynəlxalq məhkəmə yaradılması təklifi ilə çıxış edib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, təklif tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Təşəbbüslə bağlı bu həftə hüquq sahəsində ekspertlərin Buxarestdə görüşü planlaşdırılır.

Terrorizmlə mübarizə ilə yanaşı, Barselona görüşündə təhlükəsizlik, miqrasiya, energetika və ticarət məsələləri üzrə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi